DİN sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq etdi

First News Media10:15 - Bu gün
DİN sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur:

"Saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir və ya şəxsi və bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir. Vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur".

"Şübhəli hallarla qarşılaşdıqda DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin",- məlumatda qeyd edilib.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər