DİN: 40 cinayət açılıb, 156 axtarışda olan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: 40 cinayət açılıb, 156 axtarışda olan şəxs saxlanılıb

First News Media10:58 - Bu gün
DİN: 40 cinayət açılıb, 156 axtarışda olan şəxs saxlanılıb

Avqustun 26-da ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

️DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər