Xaçmazda müasir dayanacaq pavilyonları quraşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda müasir dayanacaq pavilyonları quraşdırılır

First News Media11:52 - Bu gün
Xaçmazda müasir dayanacaq pavilyonları quraşdırılır

Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə AYNA tərəfindən yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilir.

Bu işlər Xaçmaz rayonunda da həyata keçirilir. Hazırda Xaçmaz şəhərinin Heydər Əliyev prospekti və Nəriman Nərimanov küçəsində 5, Xaçmaz-Xudat yolunda 1, Xudat şəhərinin Mirzə Fətəli Axundov və Osman Mirzəyev küçələrdə isə 3 pavilyon quraşdırılıb. Proses davam etdirilir.

Ümumilikdə Xaçmaz rayonu üzrə 40 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulub.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər