Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub | 1news.az | Xəbərlər
Dünya

Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub

First News Media13:47 - Bu gün
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında ölkənin bir sıra bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücumlar həyata keçirdiyini bildirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya qüvvələri Poltava, Sumi və Xerson vilayətlərində kritik infrastrukturu, Xarkiv vilayətində isə yaşayış binalarını hədəfə alıb.

Ukrayna lideri Kramatorsk şəhərində idarəolunan aviasiya bombasının yaşayış binasına düşdüyünü qeyd edib.

Zelenski həmçinin Zaporojyedə 3, Krivoy Roqda isə 2 nəfərin yaralandığını açıqlayıb. Onun sözlərinə görə, Odessada da yaşayış binası vurulub. Kiyev vilayətinin Çubınske yaşayış məntəqəsində isə dron hücumlarından sonra müəssisələrdə baş verən yanğınların söndürülməsi üçün fövqəladə xidmətlər cəlb olunub.

Ukrayna Prezidenti Rusiyanın raketlərdən istifadə etməklə müharibəni genişləndirməyə çalışdığını bildirib. O, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün Avropadakı müttəfiqlərin bu həftə mühüm qərarlar qəbul etdiyini vurğulayıb.

Zelenski əlavə ballistik raketdən müdafiə paketlərinin, xüsusilə PURL təşəbbüsü çərçivəsində Ukraynaya təqdim edilməsinin vacib olduğunu qeyd edib.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər