Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın videogörüntüsü yayılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın videogörüntüsü yayılıb

First News Media16:51 - Bu gün
Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın videogörüntüsü yayılıb

Moskvada avqustun 27-də günorta radələrində Azərbaycanın Rusiya səfirliyinin qonaq evi qarşısındakı təxribatın videogörüntüsü yayılıb.

1news.az xəbər verir ki, "Report"un əldə etdiyi videogörüntülərə əsasən, naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.

Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayaraq Rusiya Federasiyasının aidiyyəti qurumlarından bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.

 

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər