Keçmiş məhbusun evindən narkotik bitkilər tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş məhbusun evindən narkotik bitkilər tapıldı

1news Redaksiyası09:23 - 28 / 08 / 2026
Keçmiş məhbusun evindən narkotik bitkilər tapıldı

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Niyaz Mirzəyev saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Onun yaşadığı ünvandan xüsusi olaraq qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, N.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
171

Son xəbərlər

Bütün xəbərlər