Təcridxanaya mobil telefon keçirməyə cəhdin qarşısı alındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Təcridxanaya mobil telefon keçirməyə cəhdin qarşısı alındı

First News Media17:29 - Bu gün
Təcridxanaya mobil telefon keçirməyə cəhdin qarşısı alındı

Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha biri aşkarlanaraq qarşısı alınıb. Belə ki, Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər