BDYPİ-dən sürücülərə həftəsonu xəbərdarlığı: Yağışlı və küləkli havada diqqətli olun | 1news.az | Xəbərlər
Dünya

BDYPİ-dən sürücülərə həftəsonu xəbərdarlığı: Yağışlı və küləkli havada diqqətli olun

First News Media09:43 - Bu gün
BDYPİ-dən sürücülərə həftəsonu xəbərdarlığı: Yağışlı və küləkli havada diqqətli olun

Həftəsonu ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması, eyni zamanda bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli hava şəraiti sürücülərdən daha diqqətli və məsuliyyətli olmağı tələb edir.

Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a bildirilib ki, hərəkət iştirakçılarına hava və yol şəraitini düzgün qiymətləndirmək, sürət həddini mövcud şəraitə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və ani tormozlamadan çəkinmək tövsiyə edilir:

"Xüsusilə yağış zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması nəzərə alınmalı, küləkli havada isə nəqliyyat vasitəsinin idarəetmədən çıxma ehtimalına qarşı ehtiyatlı davranılmalıdır.

Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin vəziyyətinə diqqət yetirilməsi vacibdir".

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər