Qoruyucu torlar zədələnir, heyvanlar yola çıxır – AAYDA-dan xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Qoruyucu torlar zədələnir, heyvanlar yola çıxır – AAYDA-dan xəbərdarlıq

First News Media16:50 - Bu gün
Qoruyucu torlar zədələnir, heyvanlar yola çıxır – AAYDA-dan xəbərdarlıq

Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində deyilir.

"Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır",-deyə məlumatda bildirilir.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər