Qara dənizdə türk gəmilərinə hücum: Ukrayna səfiri XİN-ə çağırıldı
Qara dənizdə hücuma məruz qalan türk gəmiləri ilə bağlı Ukraynanın Ankaradakı səfiri Neriman Celal Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrindən məlumat verilib.
Bildirilib ki, avqustun 26-da “Lider Bordo Mavi” adlı Türkiyə şirkətinə məxsus gəminin Qara dənizdə Tuapse sahilləri yaxınlığında vurulmasından sonra, həmin gəmini yedəyə almaq üçün avqustun 27-də göndərilən “Lider Kocatepe” gəmisinin də hədəfə alınması ilə əlaqədar Ukraynanın Ankaradakı səfiri nazirliyə çağırılıb.
Görüş zamanı Türkiyənin sözügedən hücumlarla bağlı mövqeyi Ukrayna tərəfinə çatdırılıb.
Türkiyə tərəfi Qara dənizdə insanların həyatı və əmlakının təhlükəsizliyinin, gəmiçilik fəaliyyətinin və ətraf mühitin qorunmasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Ukrayna tərəfinə bu istiqamətdə lazımi xəbərdarlıqlar çatdırılıb.












