Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq

First News Media12:05 - Bu gün
Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, orta pensiya məbləği orta aylıq əməkhaqqının 51 faizinə bərabərdir.

"Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10,2 faiz, əlilliyə görə 10,5 faiz, ailə başçısını itirməyə görə isə 10,3 faiz artıb”, – deyə Vüqar Bayramov vurğulayıb.

Onun sözlərinə görə, pensiyaların orta məbləğindəki artım əsasən bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım orta pensiya məbləğinə də təsir göstərib.

Vüqar Bayramov bildirib ki, "Əmək pensiyaları haqqında” Qanuna əsasən, bütün növ əmək pensiyalarının növbəti indeksləşdirilməsi gələn ilin yanvarında həyata keçiriləcək.

"Növbəti artım 2026-cı ildə orta aylıq əməkhaqqının rəsmi artım faizinə uyğun olaraq həyata keçiriləcək. Pensiya artımları 1 milyon 100 min vətəndaşı əhatə edir”, – deputat qeyd edib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər