Ödənişli yolda “BMW” aşdı, ölən və yaralananlar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ödənişli yolda “BMW” aşdı, ölən və yaralananlar var - FOTO

First News Media14:18 - Bu gün
Ödənişli yolda “BMW” aşdı, ölən və yaralananlar var - FOTO

Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli yolunda ağır yol qəzası baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, magistralın Xaçmaz rayonundan keçən hissəsində “BMW X7” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 24 yaşlı Biləsuvar sakini Əsgərov Elton Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və maşında olan digər sərnişin isə ağır xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən avtomobilin bazar dəyəri 200 min manat civarındadır.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər