İran ABŞ-ın son hücumlarının nəticələrini açıqladı: 18 ölü, 142 yaralı | 1news.az | Xəbərlər
Dünya

İran ABŞ-ın son hücumlarının nəticələrini açıqladı: 18 ölü, 142 yaralı

Oksana Orucova09:32 - Bu gün
İran ABŞ-ın son hücumlarının nəticələrini açıqladı: 18 ölü, 142 yaralı

İran ABŞ-nin ölkəyə qarşı həyata keçirdiyi son hücumların nəticələrini açıqlayıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, hücumlar nəticəsində azı 18 nəfər həyatını itirib, 142 nəfər isə yaralanıb.

Onun sözlərinə görə, ölənlər arasında 2 qadın və 1 uşaq da var. Yaralananlardan 61-i qadın, 44-ü isə 18 yaşdan kiçik şəxslərdir.

Kermanpur itkilərin yalnız rəqəmlərdən ibarət olmadığını vurğulayıb.

“Hər rəqəmin arxasında bir insan və bir ailə dayanır”, - deyə İran Səhiyyə Nazirliyinin sözçüsü qeyd edib.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər