Nepalda sel fəlakəti: Ölənlərin sayı 1 252-yə çatdı | 1news.az | Xəbərlər
Dünya

Nepalda sel fəlakəti: Ölənlərin sayı 1 252-yə çatdı

Oksana Orucova11:44 - Bu gün
Nepalda sel fəlakəti: Ölənlərin sayı 1 252-yə çatdı

Nepalda avqustun 26-da baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 1 252-yə yüksəlib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, daha 4 875 nəfərin itkin düşdüyü bildirilir.

Təbii fəlakət Himalay dağlarından qopan buzlaq parçalarının Bhotekoşi çayına çatması nəticəsində yaranan daşqından sonra baş verib.

Sel Rasuvua bölgəsində ciddi dağıntılara səbəb olub. Onlarla körpü dağılıb, yollar zədələnib. Axtarış-xilasetmə işlərinə helikopterlər, ekskavatorlar və ağır texnika cəlb olunub.

Mütəxəssislər fəlakətin buzlaq çöküşü nəticəsində yaranan uçqunla bağlı olduğunu bildiriblər.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər