Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı

First News Media14:17 - Bu gün
Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar.
 
1news.az xəbər verir ki, onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb. 

Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər