Axtarışda olan 85 nəfər saxlanılıb - DİN | 1news.az | Xəbərlər
Cəmiyyət

Axtarışda olan 85 nəfər saxlanılıb - DİN

First News Media10:29 - Bu gün
Axtarışda olan 85 nəfər saxlanılıb - DİN

Sentyabrın 5-də və 6-da ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər