Bakıda iki avtomobil toqquşub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki avtomobil toqquşub, ölən var

First News Media10:54 - Bu gün
Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, Sabunçu qəsəbəsi ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığında 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil ötmək əməliyyatını yerinə yetirərkən 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə dəyib.

Nəticədə "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb və yol kənarına düşüb. Hadisə zamanı Ş.Məmmədov yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
36

Son xəbərlər

Bütün xəbərlər