Azərbaycanda küləkli və yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda küləkli və yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

First News Media16:59 - Bu gün
Azərbaycanda küləkli və yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 16:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Tərtərdə, eləcə də Bakıda və Abşeron yarımadasında 25, Zaqatalada 23, Neftçala, Göyçay, Salyanda 20, Şəki, Zərdabda 18, Şirvanda 17, Yevlax, Şahdağ, Göygöldə 15 m/s-yə çatır.

Saat 16:05-16:12 radələrində Şahdağa diametri 3 mm, saat 16:15-16:19 radələrində isə Şamaxı rayonu Çuxuryurd və Məlhəm kəndləri ərazisinə diametri 0.5 mm olan dolu düşüb.

Gəncə, Balakən, Bərdə, Qrız, Quba, Şamaxı, Şirvan, Zaqatalada yağış yağır, şimşək çaxır.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər