Tramp: İran müharibəsini qazandıqdan sonra neftin qiyməti kəskin düşəcək
ABŞ Prezidenti Donald Tramp İranla bağlı müharibənin başa çatmasından sonra neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bildirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında İranla yaşanan gərginlik və bunun fonunda artan neft qiymətləri barədə açıqlama verib.
ABŞ Prezidenti İranla müharibəni qazandıqdan sonra neftin qiymətinin digər məhsullar kimi, hətta daha sürətli şəkildə ucuzlaşacağını qeyd edib.
“İran müharibəsini qazandığımız zaman neft qiymətləri də digər qiymətlər kimi, hətta daha sərt şəkildə aşağı düşəcək”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, neftin qiyməti ilkin mərhələdə qallon üçün 3 dollara, daha sonra isə tədricən 2 dollardan aşağıya enəcək.
Tramp prosesin sürətlə baş verəcəyini vurğulayaraq əlavə edib ki, İranın heç vaxt nüvə silahına sahib olmasına imkan verilməyəcək.
“Bütün bunlar sürətlə baş verəcək və İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək”, - ABŞ Prezidenti deyib.












