Ronaldo və Messi eyni komandada oynayacaq - Rəsmi | 1news.az | Xəbərlər
Dünya

Ronaldo və Messi eyni komandada oynayacaq - Rəsmi

First News Media11:37 - Bu gün
Ronaldo və Messi eyni komandada oynayacaq - Rəsmi

Argentina millisinin sabiq ulduzu Karlos Tevez Kriştianu Ronaldo və Lionel Messinin eyni komandada oynayacağını açıqlayıb.

1news.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Buenos Ayresdəki "La Bombonera” stadionunda keçiriləcək vida matçında hər iki superulduzun meydana çıxacağını bildirib.

"İkisi ilə də danışdım və razılıq verdilər. Vida matçımda onlar eyni komandada oynayacaqlar”.

Qeyd edək ki, Karlos Tevezin vida matçı bu ilin dekabrında baş tutacaq. K.Tevez Ronaldo ilə "Mançester Yunayted”də komanda yoldaşı olub. Lionel Messi ilə isə Argentina yığmasında birlikdə oynayıb.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər