Gəncədə 33 yaşlı kişi bıçaqlanıb, vəziyyəti ağırdır
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü E. Əsgərov qarnın kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
33 yaşlı kişini hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
57












