Bir neçə ilə Marsa səyahət edə biləcəyik | 1news.az | Xəbərlər
Dünya

Bir neçə ilə Marsa səyahət edə biləcəyik

First News Media17:25 - Bu gün
Bir neçə ilə Marsa səyahət edə biləcəyik

İlon Mask “Starship” raketini 2026-cı ilin sonlarında Marsa göndərməyi planlaşdırır

1news.az xəbər verir ki, bu barədə “SpaceX” şirkətinin rəhbəri İlon Mask bəyan edib.

Milyarder “X” sosial şəbəkəsində paylaşdığı mesajda insanların Marsa enişinin artıq 2029-cu ildə baş verə biləcəyini ehtimal etsə də, ilk idarə olunan (insanlı) uçuşun 2031-ci ildə gerçəkləşməsini daha ehtimallı adlandırıb.

O, həmçinin bildirib ki, 2026-cı ildə Qırmızı planetə uçuş zamanı “Starship” gəmisinin göyərtəsində “Optimus” robotu olacaq. Boyu 170 santimetr olan bu humanoid (insanabənzər robot) 2021-ci ildə Maskın sahibi olduğu digər bir şirkət — “Tesla” tərəfindən təqdim edilib.

Əgər “Optimus” həqiqətən raketin “sərnişini” olarsa, o, kosmosa göndərilən ikinci “Tesla” məhsulu olacaq. 2018-ci ildə “SpaceX” şirkəti “Falcon Heavy” raketinin göyərtəsində “Tesla Roadster” avtomobilini orbitə buraxmışdı. Devid Bouinin “Starman” mahnısının şərəfinə adlandırılan manekenin əyləşdirildiyi avtomobil sınaq faydalı yükü rolunu oynayırdı.

Ayxan Məlikzadə

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər