Hindistanın şərqində daşqınlardan 4 milyondan çox insan zərər çəkib
Hindistanın şərqində yerləşən Bihar ştatında baş verən daşqınlardan 4,3 milyondan çox insan zərər çəkib.
1news.az xəbər verir ki, Bihar Fəlakətlərin İdarə Edilməsi Departamentinin yaydığı yazılı açıqlamada ştatın 14 rayonunda ümumilikdə 4,3 milyon insanın daşqınlardan təsirləndiyi bildirilib.
Daha güclü daşqınların baş vermə ehtimalı və təcili yardım, eləcə də xilasetmə əməliyyatlarına ehtiyac nəzərə alınaraq, Ştat Fəlakətlərə Müdaxilə Qüvvələri və Milli Fəlakətlərə Müdaxilə Qüvvələrinin çoxsaylı qruplarının müxtəlif rayonlara göndərildiyi qeyd olunub.
Hindistanda hər il iyun-sentyabr aylarında güclü musson yağışları müşahidə olunur. Güclü yağıntılar ölkənin müxtəlif bölgələrində daşqın və torpaq sürüşmələrinə səbəb olur.












