Emin Əmrullayev: Son illərdə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb
“Son illərdə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb”.
1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Son 25 ildə 4 minə yaxın məktəb binası tikilib və bu il ərzində 600 məktəbdə təmir işləri aparılıb. Yeni tədris ilində fəaliyyətə başlayan 37 müəssisə var. 41 müəssisədə təmir-tikinti işləri davam etdirilir, 125 müəssisədə avadanlıqlar yenilənir. Bu il də əvvəlki illərdə olduğu kimi əsaslı şəkildə təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlərimiz davam edib”.
65












