Narkotik əməliyyatları: 6 nəfər saxlanıldı, 132 kq narkotik aşkarlanıb - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.
DİN-dən 1news.az-a verilən xəbərə görə, paytaxt ərazisində, eləcə də Abşeron, Hacıqabul, Cəlilabad və Füzuli rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş V.Ağayev, H.Məmmədov, Z.Əliyev, Ə.Həsənov, A.Zeynalov və E.Bağırov saxlanılıblar. Onlardan ümumilikdə 132 kiloqram narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.












