“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir - VİDEO

1news Redaksiyası15:51 - 24 / 09 / 2026
“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir - VİDEO

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, müvafiq plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.

Təlimə cəlb edilən artilleriya bölmələri tərəfindən icra olunan dəqiq atəş zərbələri ilə terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəfləri tam məhv edilmişdir.

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin hazırlıq mərhələsində ordumuzun hərbi qulluqçuları Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birlikdə qarşıya qoyulan tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər.

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər