Aktyor Rəşad Səfərov xəstəxanadan evə buraxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Aktyor Rəşad Səfərov xəstəxanadan evə buraxıldı

First News Media09:53 - Bu gün
Aktyor Rəşad Səfərov xəstəxanadan evə buraxıldı

Bir neçə gün öncə səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilən aktyor Rəşad Səfərov evə buraxılıb.

1news.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Əziz dostlar, bildiyiniz kimi son günlər səhhətimlə bağlı narahatlığım oldu, xəstəxanaya yerləşdirildim. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm, müalicəmi ev şəraitində davam etdirəcəyəm”, - aktyor deyib.

Qeyd edək ki, 48 yaşlı Rəşad Səfərov hazırda Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərir. Sentyabrın 22-si dərs keçərkən vəziyyəti pisləşən aktyor özəl klinikaların birinə aparılıb. Sənətçi saytımıza açıqlamasında şəkər xəstəliyindən əziyyət çəkdiyini və ürəyi ilə bağlı narahatlıqlarının olduğunu bildirmişdi.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər