Dubay–Tel-Əviv reysində qaçırıldığı iddia edilən təyyarə Səudiyyə Ərəbistanına eniş edib - TƏFƏRRÜAT - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Dubay–Tel-Əviv reysində qaçırıldığı iddia edilən təyyarə Səudiyyə Ərəbistanına eniş edib - TƏFƏRRÜAT - YENİLƏNİB

Qafar Ağayev11:11 - Bu gün
Dubay–Tel-Əviv reysində qaçırıldığı iddia edilən təyyarə Səudiyyə Ərəbistanına eniş edib - TƏFƏRRÜAT - YENİLƏNİB

Pilotlar arasında baş verən dava “Flydubai” təyyarəsində həyəcan siqnalının verilməsinə səbəb olub.

1news.az “Ynet”ə istinadən xəbər verir ki, 170-dən çox sərnişinin olduğu təyyarə qeyri-adi şəkildə Səudiyyə Ərəbistanına yönləndirilib və hadisə ilə əlaqədar İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb.

Hadisədən sonra İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili məsləhətləşmə keçirib.

Lakin daha sonra təhlükəsizlik rəsmiləri vəziyyətin nəzarətdə olduğunu bildiriblər.

“Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına təhlükəsiz eniş edib.

***

10:50

Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı ehtimal edilir.

1news.az xəbər verir ki, “Ynet”in məlumatına görə, “flydubai” aviaşirkətinə məxsus təyyarə Səudiyyə Ərəbistanı üzərində uçarkən istiqamətini dəyişib və fövqəladə vəziyyət siqnalı verib.

Uçuş izləmə məlumatlarına əsasən, təyyarə əvvəlcə beynəlxalq fövqəladə vəziyyət siqnalı hesab olunan 7700 kodunu göndərib. Qısa müddət sonra isə qaçırılma və ya qanunsuz müdaxilə barədə xəbərdarlıq edən 7500 kodu aktivləşdirilib.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar təyyarəyə doğru göndərilib.

Təyyarədə 150-dən çox sərnişinin olduğu bildirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz hadisə ilə bağlı təcili məsləhətləşmələr aparır.

Təyyarə hazırda uçuş izləmə platformalarında görünmür.

 

 

Paylaş:
130

Son xəbərlər

Bütün xəbərlər