"Çelsi" 16 yaşlı hücumçusu Eduardo Konseysaonun transferi üçün hərəkətə keçib | 1news.az | Xəbərlər
İdman

"Çelsi" 16 yaşlı hücumçusu Eduardo Konseysaonun transferi üçün hərəkətə keçib

1news Redaksiyası13:21 - Bu gün
"Çelsi" 16 yaşlı hücumçusu Eduardo Konseysaonun transferi üçün hərəkətə keçib

İngiltərənin "Çelsi" klubu Braziliya təmsilçisi "Palmeyras"ın futbolçusu Eduardo Konseysaonun transferi istiqamətində işlərə başlayıb.

1news.az "ESPN Brasil"ə istinadən xəbər verir ki, "zadəganlar" 16 yaşlı hücumçuya marağını artırıb.

Baş məşqçi Xabi Alonso da istedadlı forvardı komandasında görmək istəyir.

Qarşı tərəf isə oyunçunun satışından 100 milyon avro qazanmaq niyyətindədir. "Mançester Siti" də E.Konseysaonu izləyir.

Xatırladaq ki, Braziliyanın U-18 millisində çıxış edən futbolçunun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər