Bakı–Qazax yolunda yük avtomobili aşıb: 3 nəfər ölüb, 2 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı–Qazax yolunda yük avtomobili aşıb: 3 nəfər ölüb, 2 nəfər yaralanıb

1news Redaksiyası15:16 - Bu gün
Bakı–Qazax yolunda yük avtomobili aşıb: 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.

Bu barədə1news.az-a Daxili İşlər Nazxirliyindən (DİN) məlumat verilib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər