Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib | 1news.az | Xəbərlər
İdman

Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib

1news Redaksiyası11:17 - Bu gün
Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib

"Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib".

1news.az-ın "Report"a istinadən məlumatına görə, o, 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanovu ipponla məğlub edib.

Z.Kotsoyev 1/16 finalda slovakiyalı Benyamin Matasey ilə qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər