Ataxan Həsənov: Azərbaycanda Bank sektorunun aktivləri 60,9 milyard manata çatıb, əmanətçilərin sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ataxan Həsənov: Azərbaycanda Bank sektorunun aktivləri 60,9 milyard manata çatıb, əmanətçilərin sayı artıb

Qafar Ağayev11:24 - Bu gün
Ataxan Həsənov: Azərbaycanda Bank sektorunun aktivləri 60,9 milyard manata çatıb, əmanətçilərin sayı artıb

“Bank sektorunun aktivləri 60,9 milyard manata çatıb”.

1news.az xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bank sektorunun cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 6,8% və ya 3,9 milyard manat artaraq 60,9 milyard manat təşkil edib. 

“Bank sektorunun dərinlik göstəricisi olan aktivlərin ÜDM-ə nisbəti isə ötən ilin sonu ilə müqayisədə 2,5 faiz bəndi artaraq 46,7%-ə çatıb”.

Ataxan Həsənov qeyd edib ki, balansın genişlənməsi əsasən maliyyə sektorunun müddətli depozitlərinin artması hesabına baş verib.

O bildirib ki, depozit portfelində unikal fiziki şəxs əmanətçilərin sayı ötən ilin sonu ilə müqayisədə 13,6% artaraq 220,6 min nəfərə çatıb.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər