İran Britaniyanın hərbi-dəniz və hərbi-hava qüvvələrini “terror təşkilatı” elan edib | 1news.az | Xəbərlər
Dünya

İran Britaniyanın hərbi-dəniz və hərbi-hava qüvvələrini “terror təşkilatı” elan edib

1news Redaksiyası09:38 - Bu gün
İran Britaniyanın hərbi-dəniz və hərbi-hava qüvvələrini “terror təşkilatı” elan edib

İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Kral Donanmasını (Royal Navy) və Kral Hərbi Hava Qüvvələrini (Royal Air Force) “terror təşkilatı”, ölkənin xarici kəşfiyyat xidməti MI6-nı isə “düşmən qrup” kimi tanıdığını açıqlayıb.

1news.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın hərbi-dəniz və hərbi-hava qüvvələri ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bu qərar Londonun son bir il ərzində İrana qarşı həyata keçirdiyi düşmənçilik xarakterli addımlara cavab olaraq qəbul edilib. Həmin addımlar sırasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2026-cı il Dövlət Təhdidləri Aktının əhatə dairəsinə daxil edilməsi də göstərilib.

Qeyd olunub ki, 1 noyabr 2026-cı il tarixindən etibarən Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6 “düşmən qrup”, Kral Donanması və Kral Hərbi Hava Qüvvələri isə “terror təşkilatı” hesab ediləcək.

İran Xarici İşlər Nazirliyi qərarın beynəlxalq hüquq normaları və qarşılıqlılıq prinsipi çərçivəsində qəbul edildiyini vurğulayıb.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər