Bir saatda 1000 piyada: Bakıda keçid svetoforlarla nizamlandı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir saatda 1000 piyada: Bakıda keçid svetoforlarla nizamlandı - VİDEO

Qafar Ağayev10:18 - Bu gün
Bir saatda 1000 piyada: Bakıda keçid svetoforlarla nizamlandı - VİDEO

Bakının Nərimanov rayonunda piyadaların intensiv istifadə etdiyi piyada keçidində svetoforlar quraşdırılıb.

1news.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində yerləşən piyada keçidinin hərəkət intensivliyi təhlil edilib. Müşahidələr və simulyasiya proqramı vasitəsilə aparılan təhlillər nəticəsində müəyyən olunub ki, bir saat ərzində keçiddən 1000-ə yaxın piyada istifadə edir.

Eyni zamanda, bəzi sürücülərin piyadalara yol verməməsi səbəbindən həmin ərazidə tez-tez qəza şəraiti yaranıb. Bu nəzərə alınaraq, keçiddə piyada bölməsi olan nəqliyyat svetoforları quraşdırılıb.

Bununla yanaşı, Nərimanov rayonunun Həsən Əliyev küçəsində yerləşən piyada keçidi də svetoforlarla nizamlanıb.

Qeyd olunub ki, sonuncu keçiddə müvafiq işlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər