Adını səhv tələffüz etdiyimiz 14 məşhur brend | 1news.az | Xəbərlər
Cəmiyyət

Adını səhv tələffüz etdiyimiz 14 məşhur brend

16:18 - 18 / 11 / 2019
Adını səhv tələffüz etdiyimiz 14 məşhur brend

Xarici brendlər həyatımızın ayrılmaz hissəsidir və onların bir çoxunun adı qulağımız üçün adiləşib. Şirkətin əsası qoyulduğu ölkənin dilinin özəlliklərini bilmədikdə isə onun adını tələffüz edərkən böyük səhvə yol verə bilərik...

1news.az bizplus.az-a istinadən dünyaca məşhur brendlərin adlarının düzgün deyiliş qaydalarını təqdim edir:

"Pierre Cardin"

Dəb brendinə öz adını verən məşhur dizaynerin adını fransız dilinin qaydalarına uyğun tələffüz etmək lazımdır: bu halda "i" hərfi "a" kimi oxunur - "P`yer Kardan".

"Huawei"

Məşhur Çin şirkətinin adının tələffüzü zamanı ilk hərf oxunmur - "Vavey".

"Xiaomi"

Smartfon istehsalçısı olan şirkətin adındakı "x" hərfi "ş" kimi tələffüz edilməlidir - "Şaomi". Bunu şirkətin vitse-prezidenti Hyüqo Barra da təsdiqləyib.

"Balmain"

Modelyer Pyer Balman tərəfindən əsası qoyulan dəb evinin adının tələffüzü zamanı "I" incəlir, "e" ilə "n" isə fransız dilində "an" kimi səslənir. Sonda olan "n" hərfi isə, demək olar, tələffüz edilmir - "Bal`man".

"Chopard"

Saat və zinyət əşyalarının məşhur istehsalçısının adı fransız dilinin qaydalarına əsasən "Şopard" kimi tələffüz edilir. Burada "ch" "ş"-ya keçir, sonda olan "d" hərfi isə oxunulmur.

"Evian"

Bu su brendinin adını da tələffüz etmək üçün fransız dilini bilmək lazımdır. Burada "v" hərfi incəlir, "ia" birləşməsi isə "e" kimi tələffüz edilir - "Ev`yen".

"Adobe"

Məşhur qrafik redaktor proqramının adı kütləvi şəkildə səhv tələffüz olunur. Məsələ bundadır ki, "adobe" - ispan sözüdür. Onun ümumqəbulolunmuş tələffüzü isə "Edoubi" kimi səslənir.

"Hennessy"

Konyak evinin əsası irlandiyalı Riçard Hennensi tərəfindən qoyulsa da, onun adını fransız dilinə uyğun "Ensi" kimi tələffüz etmək lazımdır.

"Burberry"

Bu brendin də adı səhv tələffüz olunur. Düzgün variant - "Börberri"dir - şirkətin yaradıcısının soyadı ilə eyni.

"Clarins"

Bu kosmetik markanın adını yazılışına uyğun olaraq səhvən "Klarins" kimi tələffüz edirlər. Amma brendin düzgün adı "Klerans"dır. Belə ki, burada "a" hərfi "e" kimi, "i" hərfi isə "a" kimi səslənir.

"Diesel"

Bu italyan brendi dəbli saat və geyimləri ilə məşhurdur. Onun da adını tez-tez səhv tələffüz edirlər. Əslində isə burada "e" hərfi "a" kimi səslənir, sonda olan "l" hərfi isə incəlmir - "Dizal".

"UGG"

Ayaqqabı brendinin adı kütləvi şəkildə düzgün tələffüz edilmir. Qış çəkmələrinin düzgün tələffüzü - "Aqqi"dir.

"Hublot"

Saat istehsalı ilə məşğul olan şirkətin əsası İsveçrədə qoyulmasına baxmayaraq, onun adını fransızsayağı tələffüz etmək lazımdır. Bu halda birinci və sonuncu hərflər tələffüz olunmur, "u" isə incəlir - "Yu`blo".

1news.az

Paylaş:
1191

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər