Azərbaycan Beynəlxalq Bankından elektron kommersiya portalları üçün yeni xidmət | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankından elektron kommersiya portalları üçün yeni xidmət

14:00 - 19 / 04 / 2019
Azərbaycan Beynəlxalq Bankından elektron kommersiya portalları üçün yeni xidmət

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə elektron kommersiya xidmətləri ilə məşğul olan portallar üçün yeni imkan yaradıb.

Bankın kartlarından istifadə etməklə bu portallar üzərindən onlayn sifarişləri indi daha tez, rahat və təhlükəsiz şəkildə yerinə yetirmək mümkündür. Belə ki, bu xidmətə qoşulan portalların daimi istifadəçiləri öz kart məlumatlarını sistemə daxil edir və yaddaşda saxlayır. Ondan sonra hər dəfə onlayn sifarişlər zamanı ödənişi əlavə vaxt sərf etmədən, cəmi bircə toxunuşla yerinə yetirmək mümkün olur.

Kart hesablarının təhlükəsizliyi beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi tələb və standartlar səviyyəsində qorunur. Hər ödəniş zamanı müştərinin mobil telefonuna 3D təhlükəsizlik kodu göndərilir. Əməliyyat yalnız kod daxil edildikdən sonra başa çatdırılır. Bu da kart hesablarını hər hansı arzuolunmaz  hallardan tam sığortalayır.

Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu xidmətə ilk olaraq iticket.az portalı qoşulub. Bu xidmət digər potensial tərəfdaşlar üçün də açıqdır. Belə ki, ölkədə elektron xidmətlər göstərən istənilən təsərrüfat subyekti Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi bu imkandan yararlana bilər. Ölkəmizdə elektron kommersiya fəaliyyəti göstərən bütün təsərrüfat subyektləri bu sistemə qoşulmaqla öz elektron ticarət portallarını daha da inkişaf etdirə bilər.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

 

 

 

Paylaş:
609

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər