Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır – CƏDVƏL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır – CƏDVƏL

19:33 - 07 / 04 / 2020
Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır – CƏDVƏL

Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsasən, koronavirus (COVİD - 19) pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir.

Mütəxəssislər bu xəstəliyin sürətlə və geniş yayıldığını nəzərə alaraq, COVID-19-la bağlı testlərin keçirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edirlər. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək və onarın kontaktda olduğu şəxsləri müəyyənləşdirmək mümkündür.

Trend-in məlumatına görə, hazırda Azərbaycan Respublikasında həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək, tibb müəssisələrinə təhvil verilib.

Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulmuş, onlar həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.

Aprelin 7-nə olan məlumata əsasən, ölkədə COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Bu rəqəm müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir.

Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risk qrupları-yaşlılar, immunosupresiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikasnın artması müşahidə ediləcək.

Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.

Koronavirus (COVID-19) infeksiyasına dair

MÜQAYİSƏLİ TƏHLİL CƏDVƏLİ

Ölkə

Yoluxma hallarının ümumi sayı

Ölüm hallarının ümumi sayı

1 milyon əhaliyə yoluxma sayı

1 milyon əhaliyə ölüm hallarının sayı

Müayinələrin ümumi sayı

1 milyon əhaliyə müayinə sayı

Azərbaycan

717

8

71

0.8

53,300

5,262

Avstriya

12,109

220

1,344

24

111,296

12,357

İtaliya

128,948

15,887

2,133

263

691,461

11,436

Almaniya

100,132

1,584

1,195

19

918,460

10,962

Belçika

20,814

1,632

1,796

141

70,000

6,040

Finlandiya

2,176

27

393

5

32,800

5,920

Niderland

18,803

1,867

1,097

109

75,415

4,401

Fransa

92,839

8,078

1,422

124

224,254

3,436

Böyük Britaniya

47,806

4,934

704

73

195,524

2,880

ABŞ

336,851

9,620

1,018

29

1,772,369

5,355

İran

60,500

3,739

720

45

186,000

2,214

Türkiyə

27,069

574

321

7

181,445

2,151

Rusiya

6,343

47

43

0.3

758,000

5,194

Belarus

700

13

74

1

40,000

4,233

Ukrayna

1,319

38

30

0.9

5,864

134

Qazaxıstan

629

6

33

0.3

5,093

271

Ermənistan

833

8

281

3

4,929

1,663

Gürcüstan

188

2

47

0.5

2,762

692

Paylaş:
819

Son xəbərlər

Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59Əli Nağıyev: Ötən il DTX tərəfindən 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıbBu gün, 09:51Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcəkBu gün, 09:47
Bütün xəbərlər