1news.az

Azərbaycanda ən çox koronavirus aşkarlanan yerin adı açıqlandı

16 Sentyabr saat 12:27 ~ 1 dəqiqəlik oxu 2650
Azərbaycanda ən çox koronavirus aşkarlanan yerin adı açıqlandı

Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

1news.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. İkinci yerdə 15,6 fazilə Abşeron qərarlaşıb. İlk üçlüyü isə 10,4 faizlə Aran qapadır. Növbəti yerlərdə Gəncə-Qazax (6,4), Lənkəran (4,3), Quba-Xaçmaz (2,1),Şəki-Zaqatala (1,8), Dağlıq Şirvan (1,6), Yuxarı Qarabağ (1) qərarlaşıb. Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb - cəmi 0,04 faiz.

Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb - 14,3 faiz. Onu 12,2 faizlə Xətai, 11,8 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,9 faizlə Nəsimi, 8,4 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,6 ilə Qaradağ, 7,1 ilə Nizami, 5 ilə Xəzər, 4,7 ilə Səbail və 0,3 faiz ilə Pirallahı izləyir.

1news.az 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net