Azərbaycanda İran gənclərinin dostluq həftəsi başlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda İran gənclərinin dostluq həftəsi başlanır

15:43 - 17 / 04 / 2019
Azərbaycanda İran gənclərinin dostluq həftəsi başlanır

Bu gündən Azərbaycanda İran İslam Respublikasından olan gənclərin dostluq həftəsi başlanır.

1news.az-a İranın Bakıdakı səfirliyindən verilən məlumata görə, dostluq həftəsi proqramı 22 aprelədək davam edəcək.

Proqrama əsasən, bu heyətin Bakı, Quba və Naxçıvanda Azərbaycanın Gənclər və İdman Nazirliyinin rəsmiləri ilə görüşləri olacaq.

İranlı gənclər Heydər Əliyev Mərkəzi, İçəri Şəhər, Qız Qalası, Azərbaycan Xalça Muzeyi ilə yaxından tanış olacaq, Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili kursu üzrə təhsil alan tələbələrlə görüşəcəklər.

Dostluq həftəsi çərçivəsində iranlı heyət Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Təşkilatının Milli Şurasında görüşlər keçirəcək.

İranlı gənclər Naxçıvan Muxtar Respublikasına səfərdə Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin rəsmiləri, Naxçıvan Dövlət Universitetində tələbələrlə görüş keçirəcək, Əshabi-Kəhf ziyarətgahı ilə tanış olacaqlar.

Quba rayonuna səfər çərçivəsində onlar Quba Gənclər Mərkəzi, Quba Soyqırım Kompleksi ilə tanış olacaqlar.

P.Sultanova

 

Paylaş:
478

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər