Azərbaycanın hansı şirkətləri Koronavirusla Mübarizəyə Dəstək Fondunu dəstəkləyib? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın hansı şirkətləri Koronavirusla Mübarizəyə Dəstək Fondunu dəstəkləyib?

19:56 - 24 / 03 / 2020
Azərbaycanın hansı şirkətləri Koronavirusla Mübarizəyə Dəstək Fondunu dəstəkləyib?

Martın 24-nə olan məlumata əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar  382 644 nəfər təşkil edir, onlardan 16 587 nəfəri vəfat edib, 101 898 insan isə sağalıb.

Bunlar yeni virusun yayılması ilə əlaqədar yanvar ayının sonlarında yaradılan onlayn xəritənin məlumatlarıdır. Real rejimdə onlayn xəritə vasitəsilə bütün dünyada epidemiyanın yayılmasına nəzarət etmək olar.

Xəritə Ümumdünya Səhiyyə təşkilatının (ÜST), eləcə də ABŞ, Çin və Avropada Xəstəliklərə Nəzarət Mərkəzlərinin məlumatlarını əks etdirir.

Ən çox epidemiyanın mərkəzi – Çində bu günə olan məlumata əsasən 81 558 nəfər infeksiyaya yoluxub.

Xəstəliyə yoluxanların sayına görə ilk onluqdakı ölkələr arasında ikinci yerdə İtaliya (63 927), üçüncü yerdə ABŞ (46 450),  dördüncü İspaniya (35 212) yer alır.

Daha sonra Almaniya (29 560),  İran (23 049), Fransa (20 149),  Cənubi Koreya (9 037, İsveçrə (8 795), Böyük Britaniya (6 726) və digər ölkələr gəlir.

Koronavirusdan ölənlərin statistikasına gəlincə, bu günə qədər ümumilikdə 16587 nəfər bu virusdan dünyasını dəyişib. Ən çox ölüm faktı İtaliya (6077), Çinin Hubey vilayəti (3160), İspaniya (2316), İran (1812), Fransa (860), Böyük Britaniya (335), Niderland (213), Almaniya (126) və digər ölkələrdədir.

Koronavirusdan sağalanların sayının artması isə xüsusi qeyd olunmalıdır. Bu günə qədər dünyada koronavirusdan 101 898 insan sağalıb. Təhlükəli virusdan sağalanların sayına görə Çinin Hubey vilayəti (60 323), İran (8376), İtaliya (7432), Cənubi Koreya (3507), İspaniya (3355), Fransa (2200) və digər ölkələri öndə gedir.

Azərbaycana gəlincə, ölkəmizdə virusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

Hazırda Azərbaycanda koronovirusa yoluxanların sayı  72 nəfər təşkil edir. Onlardan 10 nəfəri sağalıb. Martın 12-də ölkədə ilk və hələlik yeganə ölüm hadisəsi baş verib. Bir sıra aır xəstəliklərdən əziyyət çəkən, o cümlədən koronavirusa yoluxan 51 yaşlı qadın dünyasını dəyişib.

Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Qaynar xətt fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.

Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin 1542 nömrəli çağrı mərkəzi fasiləsiz olaraq çalışır.

Virusun yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Prezident İlham Əliyev martın 19-da əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Həmin fərmanla ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Bir çox iri yerli şirkətlər dövlət başçısının çağırışına cavab verdilər və yaradılan Fonda xeyli vəsait köçürdülər. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.

Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank dünyada tüğyan edən "COVİD-19" pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Bankdan verilən məlumata görə, fəaliyyətində ali dəyərləri və korporativ sosial məsuliyyəti rəhbər tutan bir qurum olaraq PAŞA Bank Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat ianə edib.

Hazırki vəziyyətlə bağlı Bankın atdığı addımlar bununla bitmir. Belə ki, bəzi müştərilərinin üzləşdiyi müvəqqəti çətinlikləri nəzərə alan PAŞA Bank Çin Xalq Respublikası ilə ticarət əlaqələri olan KOS-lara bu istiqamətdə həyata keçirdikləri pul köçürmələrinə tətbiq olunan komissiyanı 0.2%-dək endirib.

Azərbaycanın aparıcı İT şirkəti Bestcomp Group, ölkə başçısının təşəbbüsünü tam dəstəkləyərək, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda aparılan preventiv tədbirlərə qoşulub.  

Şirkətin Müşahidə Şurası, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 000 manat vəsait köçürməyə qərar verib. 

Bestcomp Group, cəmiyyət qarşısında məsuliyyətini dərk edərək və pandemiya ilə mübarizədə Təhsil Nazirliyinin qarşılaşdığı çağırışları nəzərə alaraq, Microsoft Teams platforması əsasında distant təhsil texnologiyaların tətbiqində fəal, təmənnasız iştirak edir. Bu platforma müəllimlərin və təhsilalanların interaktiv ünsiyyətini quraraq təhsil-tədris prosesini məsafədən təşkil etməyə imkan verir.

NEQSOL Holding Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna holdinqin tərkibində olan şirkətlər tərəfindən ümumilikdə 5 milyon manat məbləğində vəsaitin ayrılmasına dair qərar verib.

Buna əlavə olaraq, holdinqə daxil şirkət tərəfindən koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd expres testlər, eləcə də süni nəfəs aparatları və binaların girişində quraşdırılması məqsədi ilə insanların bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları sifariş edilib və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilməklə aidiyyəti yerlərə təqdim edilməsi nəzərdə tutulub.

Operativ Qərargahın təlimatlarına uyğun olaraq, NEQSOL Holding və tərkibində olan şirkətlər korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirusla mübarizə və yayılmasının qarşısının alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər.

Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm” ASC yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərini vaxtında və geniş şəkildə həyata keçirən qabaqcıl şirkətlər sırasındadır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı əsasında yaradılmış Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna “NEQSOL Holding” tərəfindən ayrılmış 5 milyon manat ümumi büdcə çərçivəsində “Norm Sement” tərəfindən 1 milyon manat köçürülüb.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Azertexnolayn” MMC tərəfindən də dəstək göstərilib. 

MMC-dən bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Bir olaq, dəstək olaq” çağırışına qoşulan “Azertexnolayn” MMC koronavirusla mübarizə məqsədilə Fonda 200 min manat vəsait köçürüb. 

“AzeriMed” MMC dünyanı bürümüş koronovirusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədi ilə yaradılmış və  ölkə əhalisinin təhlükəsizliyinə xidmət edən Koronavirusla Mübarizəyə Dəstək Fonduna hesab nömrəsi açıldıqdan dərhal sonra 200 min manat vəsait köçürüb.

Eyni zamanda “Siyəzən Broyler” ASC Fonda 197 min manat, “Çinar R MMC” tikinti şirkəti5 min manat məbləğində maliyyə yardımı ilə dəstək göstərib.

İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürəcəyini bildirib. Şirkət birdəfəlik vəsaitlə kifayətlənməyərək, hər satışdan müəyyən məbləğin də həmin fonda ayrılacağını bəyan edib.

Cəmiyyətimiz qarşısındakı sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən Kontakt Home bu dəfə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə ölkə başçısının 19 mart tarixli sərəncamı əsasında yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırıb.

Azər Türk Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat, qab-qacaq məhsullarının satışı ilə məşğul olan “Karaca” mağazalar şəbəkəsi isə 5 min manat məbləğində vəsait köçürüb.

Azərbaycan Respublikasının aparıcı kommersiya qurumlarından biri kimi Premium Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Bank, fondun hesabına virusla mübarizə məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

"Gazelli Group" şirkəti də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşularaq Fonda 200 min manat ianə edib.

Qlobal pandemiya ilə mübarizəyə qoşulan “Nar”, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. TƏBİB ilə bərabər “Nar” ölkə ərazisində epidemiya ilə mübarizə aparan karantin xəstəxanalarına və tibb mərkəzlərinə 50 AZN dəyərində “Nar” ödəmə kartlarının paylanmasını təşkil edib. Eyni zamanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürüb.

Azərbaycanın içkilər istehsal edən ən qədim müəssisəsi olan “Göygöl Şərab Zavodu” ASC Fonda 300 min manat ianə edib.

Yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb. Bundan əlavə “Azercell” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 AZN məbləğində pul vəsaiti də yükləyib.

Həmçinin şirkət Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətlərinin gücləndirilmiş iş şəraitində çalışdığını bəyan edib. Şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"i ilə əlaqə saxlanılması istiqamətində bütün lazım dəstəyin göstərilməsinə hazır olduğunu qeyd edib.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holding” Şirkətlər Qrupu Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüb. Şirkətlər Qrupuna məxsus Azərbaycan Sənaye Bankı da Prezidentin çağırışına səs verərək Fondun hesabına 250 min manat ianə edib.

“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait ayırıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun bütün bank rekvizitlərini təqdim edirik.

Hesab nömrəsi : AZ96NABZ01360450000000001944

Hesabın adı :   COVİD-19 Mübarizəyə Dəstək Fondu

Hesaba xidmət göstərən Mərkəzi Bankın rekvizitləri:

SWIFT BIC kod : NABZAZ2C

Kodu: 501004

VÖEN: 9900071001

Müxbir hesab: AZ74NABZ01451700000000001944  

For international transfers USD

Correspondent bank: Citibank NA, New York

S.W.I.F.T. Code CITIUS33

Correspondent account: USD 36083186

Beneficiary bank: The International Bank of Azerbaijan

Bank address: Baku city, Z. Tagiyev str, 3

Telefon: 4989125, 4938487

S.W.I.F.T. Code IBAZAZ2X

Beneficiary: KORONAVIRUSLA MUBARIZAYA DASTAK

FONDU

Beneficiary account: AZ25IBAZ38190018406480698204

For international transfers EUR

For intertanional transfers GBP

For international transfers RUR

CORRESPONDENT BANK International Bank of Azerbaijan, MOSCOW

Correspondent Account RUR 30111810800000000001

BENEFICIARY BANK The International Bank of Azerbaijan Republic

BANK ADDRESS: Bakû , TAGHIYEV Str.3, AZ 1005

S.W.I.F.T. Code IBAZAZ2X

BENEFICIARY : KORONAVIRUSLA MUBARIZAYA DASTAK

FONDU

BENEFICIARY ACCOUNT: AZ42IBAZ38190018106480698204

ADDITIONAL BANK CORRESPONDENTS

Inetrnational Bank of Azerbaijan, MOSCOW USD 30111840800000000001

RUR 30111810800000000001

Eyni zamanda Maliyyə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsində 2028503 nömrəli xəzinə hesab kitabı açılıb.

Açılmış xəzinə hesab kitabının rekvizitləri aşağıdakı kimidir:

Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWIFT BİK: CTREAZ22

Vəsaiti alan

Adı: Koronavirusla Mübarizəyə Dəstək Fondu

Hesab №: AZ80CTRE00000000000002028503

VÖEN: 1700357381

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142330

1news.az

 

Paylaş:
1459

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər