Azərbaycanın hərbi gücü erməniləri cəfəng bəyanatlar arxasında gizlənməyə məcbur edir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın hərbi gücü erməniləri cəfəng bəyanatlar arxasında gizlənməyə məcbur edir

12:05 - 29 / 06 / 2018
Azərbaycanın hərbi gücü erməniləri cəfəng bəyanatlar arxasında gizlənməyə məcbur edir

Güc, qüdrət və yenilməzlik – Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən möhtəşəm parad bütün dünyaya ordumuzun peşəkar, döyüşqabiliyyətli və yüksək texnologiyalarla təchiz olunduğunu göstərdi.

Paradda 240-dan çox hərbi texnika, gəmi, 70-dən uçuş vasitəsi, həmçinin yeni alınmış müasir silah və texnika – raketlər, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, vertolyotlar, pilotsuz uçuş aparatları nümayiş olundu.

Bütün bunlar hər bir Azərbaycan vətəndaşında Vətənimiz və Ordumuzla bağlı ifadəolunmaz qürur hissləri yaratdı.

Eyni zamanda hərbi parad Ermənistan rəhbərliyini ciddi narahat edərək, onlarda qorxu hissi yaradıb. Bunları əyani olaraq erməni mətbuatında dərc olunan bəyanatlarda da görmək mümkündür.

Ermənistanın XİN rəhbəri Tiqran Balayan “saxta əsgərlər”, separatçı rejimin nümayəndəsi David Babayn isə “Bakının səyləri sakinləri daxili problemlərdən uzaqlaşdırmaq” və ya “ATƏT-in Minsk Qrupunun həmsədrlərininə arxadan vurulan zərbə” kimi söylədikləri fkirlər yer alıb.

İlk olaraq qeyd edək ki, həmsədrlərə arxadan vurulan zərbəni və onların əməyinin qiymətləndirilməməsi məhz Yerevandan başlayır. Paşinyanın danışıqlara üçüncü tərəfin cəlb edilməsilə bağlı sonuncu bəyanatını başqa cür adlandırmaq olmaz.

Babayanın bəyanatlarını ermənilərin – hər şeyi ağıllı başdan xəstə başa yükləmək kimi genetik vərdişi olaraq dəyərləndirək. Həmsədrlər haqda demək olar ki, onlar Yerevanın iddialı fikirlərinə bir söz belə söyləmədi.

Azərbaycan sakinlərinin guya “daxili problemlərdən” diqqətini yayındırmaqla bağlı mifik fikirlər də ermənilərin qara otaqda qara pişiyi tapması kimi xüsusiyyətlərinə aiddir. Problemdən danışdıqda, ermənilərdə bunların sayı-hesabı yoxdur. Məhz həmin problemlər Ermənistanda inqilabi proseslərə yol açmadımı?

Yeni Ermənistanın səsləndirdiyi destruktiv bəyanatların ardında ölkəni yoxsulluqdan xilas etmək deyil, siyasi arenada bər-bəzəyi dəyişməkdən ibarətdir.

Ermənilər dəvəquşu siyasəti – başını quma basdıraraq, heç nəyi görməmək, heç nəyi şitməmək prinsipini üstün tutur. Bakıda keçirilən paradın əhəmiyyətini kiçiltməyi sadəcə bu cür qiymətləndirmək olar.

İyunun 26-da “Azadlıq” meydanında güclü, effektli, döyüş bacarıqlı Ordumuz nəyə qadir olduğunu göstərdi. Ermənistan isə Ordumuzun qadir olduğu gücü birbaşa olaraq aprel döyüşləri və Naxçıvan əməliyytından sonra öz üzərində sınadı. O zaman kimin “əsgərləri saxtadır”?

“Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır” – Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının “Azadlıq” meydanında keçirilən təntənəli hərbi paradda çıxışı zamanı deyib.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov 1news.az-a müsahibəsində bildirib ki, Azərbaycanın dövlət başçısının paraddakı çıxışı düşməndə qorxu yaradaraq, onların gülməli bəyanatlar yaymasına səbəb olur:

“Prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqlarına, o cümlədən Zəngəzura və Göyçəyə qayıtmaqla bağlı verdiyi bəyanatlar, eləcədə də iyunun 26-da Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi parada çıxışı düşməni təlaşa salır və gülünc bəyanatlar verməsinə gətirib çıxarır. Prezident doğru olaraq vurğuladı ki, Azərbaycan müharibə aparan dövlət olaraq hər zaman öz torpaqlarını işğaldan azad etmək üçün güclü orduya malikdir. Azərbaycanın bu güclü ordusu Ermənistanın ianələr hesabına yaratdığı ordusu ilə müqayisə oluna bilməz.

Bu ordu istənilən zaman nəinki Qarabağda, Ermənistanın özündə ən strateji obyektlərini məhv etməyə qadirdir. Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin ayrı-ayrı vaxtlarda sərsəm bəyanatlar verməsi gülüş doğurur. İlk növbədə qeyd etmək lazımdır ki, “DQR” adlı qurum yoxdur, bu qurum heç bir dövlət tərəfindən tanınmayıb.

Aprel hadisələri göstərdi ki, “Dağlıq Qarabağ ordusu” bir mifdir. Çünki aprel hadisələri zamanı məhv edilən əsgərlərin içərisində bir nəfər belə Dağlıq Qarabağ ermənisi yox idi.  Məhv edilənlər Ermənistandan Qarabağa göndərilən hərbçilər idi. Hazırda Qarabağda 1992-ci ilə qədər yaşayan ermənilər çox az qalıb. Hazırda Dağlıq Qarabağdakı ermənilərin əksəriyyəti Ermənistandan, Suriyadan olanlardır.

Həmin imkanı olmayan erməniləri də şirnikləndirərək ora yerləşdiriblər. Onların da sayı 20-30 mindən artıq deyil. Bu səbəbdən prezident İlham Əliyev hər zaman vurğulayıb ki, Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisi olub və orada azərbaycanlılar aborigen əhali kimi yaşayıb yaradıblar. Hazırda Dağlıq Qarabağda yaşayan ermənilərin sayı digər yerlərdən köçürülən ermənilərin hesabına süni surətdə artırılıb”.

E.Əhmədov qeyd edib ki, Ermənistanın cinayətkar rejiminin rəhbərləri, eləcə də qondarma “DQR”-in rəhbərləri unutmamalıdırlar ki, Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağda, Xankəndində, Şuşada Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan xalqı Xocalı və Qaradağlıda, ümumiyyətlə Dağlıq Qarabağda qanı tökülən azərbaycanlıların qisasını alacaq:

“Bunu onlar unutmasınlar. Ona görə də prezident İlham Əliyev hər zaman vurğulayır ki, biz nəyin bahasına olursa olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağda Azərbaycanın bayrağı dalğalanacaq. Bunu David Balayanlar heç zaman unutmasınlar. Bu, tezliklə baş verəcək. Onların verdikləri bəyanatlar isə daxili auditoriyaya hesablanıb və insanları təsir altında saxlamağa çalışmaqdan başqa bir şey deyil.  Azərbaycan prezidentinin hər zaman verdiyi bəyanatlar həm tarixə, həm də hüquq və ədalətə əsaslanır. Bu, Azərbaycan dövlətinin, prezidentinin və xalqının qəti və prinsipial mövqeyidir”.

Sonda Elçin Əhmədov sözlərinə əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları hər zaman tarixi həqiqətlərə, ədalət və hüquqa söykənir:

“Bu, Azərbaycan dövləti, prezidenti və xalqının qərarlı və prinsipial mövqeyidir”.

Ermənistanı məyus edən “Polonez”lər haqqında beş fakt – FOTO – VİDEO

“Hər zaman, hər yerdə birlikdəyik”: türk mediası Bakıdakı paraddan yazıb – FOTO – VİDEO

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1215

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər