“AzerGold” QSC yeni istiqrazlar buraxacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzerGold” QSC yeni istiqrazlar buraxacaq

12:25 - 17 / 09 / 2020
“AzerGold” QSC yeni istiqrazlar buraxacaq

Ölkənin qeyri-neft sektorunun ən böyük ixracatçılarından olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilk dəfə olaraq dövriyyəyə istiqrazlar buraxacaq. Cəmiyyət tərəfindən dağ-mədən sektorunun stabil inkişafı və dünya bazarlarında qızıl və gümüşün qiymətinin kəskin artımı fonunda yüksək mənfəətli yeni istiqrazların tədavülünə hazırlıq görülür.

Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində mövcud makroiqtisadi sabitlik və maliyyə sektorunun dayanıqlılığı yerli şirkətləri yeni maliyyə alətlərinin buraxılışına təşviq edir. Yüksək səmərə ilə fəaliyyət göstərən yerli qiymətli kağızlar bazarının mövcudluğu yeni istiqrazların tədavülə buraxılmasına əlverişli şərait yaradır.

Belə ki, geniş xalq kütləsinin əldə edə biləcəyi “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi isə 4 % təşkil edir. İstiqrazların tədavül müddətinin 3 il olması, istiqraz sahiblərinə faiz dərəcələrinin isə 3 aydan bir ödənilməsi planlaşdırılır. Emissiyanın ümumi həcmi 20,000,000 ABŞ dolları təşkil etməsi gözlənilir. İstiqrazların satışı kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək.

Maliyyə bazarına təklif edilən istiqrazlar daim inkişaf edən qiymətli metalların hasilatı sahəsininin və qeyri-neft sənayesinin lidelərindən biri olan “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi ilə eyni zamanda ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olmağa əlverişli fürsət yaradacaq.

Əlavə məlumat üçün:  https://azergold.az/istiqrazlar

Reklam hüququnda

Paylaş:
369

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər