“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin iştirakı ilə onlayn CEO Forum təşkil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin iştirakı ilə onlayn CEO Forum təşkil olunub

20:51 - 03 / 04 / 2020
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin iştirakı ilə onlayn CEO Forum təşkil olunub

Caspian European Club-un hər gün öz resurslarında və sosial şəbəkələrdə canlı yayım rejimində təşkil etdiyi ONLINE CEO FORUM-un növbəti qonağı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev olub.

Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Ruslan Əliyev hər zaman olduğu kimi, bütün dünyanın COVİD-19 koronavirus pandemiyası ilə mübarizə apardığı bu çətin dönəmdə də biznes-hökumət dialoqunu fəal dəstəklədiyi üçün Klub rəhbərliyinə təşəkkür edib.Telman Əliyev də öz növbəsində «Azəriqaz» İB ilə Caspian European Club arasındakı işçi qrup çərçivəsində fəal əməkdaşlığa və bu əməkdaşlıq çərçivəsində göstərdiyi açıq şəxsi mövqeyinə  görə Ruslan Əliyevə minnətdarlığını bildirib.

“Onlayn konfransa görə minnətdarlığımı bildirirəm. İndiki karantin rejimində bu cür əlaqəlarin yaradılması işgüzar mühitin davamlı olmasında mühim rol oynayır. Hazırda kronavirusla birgə mübarizə aparılan şəraitdə “Azəriqaz” İstehsalat Birliyi daim işləyən təşkilatlar sırasındadır. Birliyin 20% işçisi əmək haqları saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilib. Çalışırıq ki, az işçi ilə çox iş görək. İnsanlar çölə çıxmamağa çağırılır. Biz isə iş başında olmalıyıq ki, onlar evlərində rahat otursunlar. Bir sözlə, kommunal məsələlər vaxtında həllini tapsın”, - deyə Ruslan Əliyev söyləyib.

ONLINE CEO FORUM – Caspian European Club tərəfindən beynəlxalq biznes-netvorkinq üçün yaradılmış yeni formatdır. Bu tədbir çərçivəsində dövlət və özəl şirkətlərin top-menecerləri qısa təqdimat keçirir və öz fəaliyyətləri barədə məlumat verir, həmçinin COVİD-19 koronavirus pandemiyasının hökm sürdüyü bir vaxtda qarşılaşdıqları problemlərlə bölüşürlər.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

1news.az

Paylaş:
823

Son xəbərlər

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42
Bütün xəbərlər