Bakı Metropoliteni stansiyalara nəzarəti gücləndirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Metropoliteni stansiyalara nəzarəti gücləndirdi

16:40 - 16 / 09 / 2020
Bakı Metropoliteni stansiyalara nəzarəti gücləndirdi

72 günlük fasilədən sonra yenidən fəaliyyətə başlayan Bakı Metropoliteninin stansiyalarında hələ ki, ciddi sıxlıq yaranmayıb.

Bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyalara nəzarət gücləndirilib:

"Sentyabrın 14-də fəaliyyətə başlayandan 1 gün sonra ölkədə yeni tədris ili də başladı. Bu isə metroda sərnişin sayının artması deməkdir. Amma bir məsələ var ki, bu il tədrisə davamiyyət də ötən ilkilərdən fərqli qrafikdədir. Ona görə də stansiyalarda gözlənilən sıxlıq yoxdur. Hələ ki, stansiyalarda pik saatlarda da vəziyyət nəzarət olunan səviyyədədir. Stansiyalarda sərnişinlərin qaydalara əməl edib-etməməsinə nəzarət edən xüsusi işçilər var.

Bu işçilər sərnişinlər arasında maarifləndirmə aparır, onları qaydalara əməl etməyə çağırır. Stansiya platformalarında sərnişinlərin tibbi maskadan istifadəsinə ciddi nəzarət olunur, sosial məsafənin qorunması tövsiyə edilir. Həmçinin, sərnişinlərə başa salınır ki, əgər qaydalara əməl olunmasa, ölkədə virusa yoluxma səviyyəsi artacaq və bu da metronun yenidən fəaliyyətini dayandırması ilə nəticələnəcək".

B.Məmmədov əlavə edib ki, hazırda metrostansiyalarda qrafikə uyğun olaraq mütəmadi dezinfeksiya işləri davam etdirilir. Metroda Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qayda və tövsiyələrə ciddi əməl edilir.

S.Xankişiyeva

 

 

Paylaş:
648

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər