Bakı polisi reyd keçirdi - Maskadan istifadə etməyənlər cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı polisi reyd keçirdi - Maskadan istifadə etməyənlər cərimələndi

15:29 - 03 / 06 / 2020
Bakı polisi reyd keçirdi - Maskadan istifadə etməyənlər cərimələndi

Bakı Şəhər Baş Polis İdarəsi paytaxt ərazisində tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı reyd keçirib.

1news.az-ın xəbərinə görə idarədən verilən məlumatda bildirilir ki, bu gündən müəyyən olunmuş yerlərdə maska taxmayan vətəndaşlar cərimə olunacaq: "Maskalardan mütləq şəkildə istifadə olunmalı yerlərdən biri də avtobuslardır.

İnsanlar avtobusa daxil olmadan maskanı taxmalıdır və bütün yol boyu çıxarmaq qadağandır. Maska taxmaqla bağlı tələbin ilk dəfə pozulmasına görə, cərimə 50 manatdan 200 manata qədərdir.

Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində maskalardan istifadə ilə bağlı reyd keçirilib. Reyd zamanı Bakı Nəqliyyat İdarəsinin könüllüləri maskadan istifadə etməyən vətəndaşlara maska paylayıb. Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimə də olunub. Azərbaycanda karantin rejimi dövründə vətəndaşlar ictimai nəqliyyatda, bazarlarda, ticarət obyektlərində, bankomatların və ödəniş terminallarının qarşısındakı növbələrdə və digər yerlərdə maska taxmalıdır. Əks təqdirdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək".

1news.az

Paylaş:
476

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər