Bakıda cibgirlik edən şəxsin digər cinayətlər törətdiyi də aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda cibgirlik edən şəxsin digər cinayətlər törətdiyi də aşkarlandı

15:57 - 08 / 04 / 2020
Bakıda cibgirlik edən şəxsin digər cinayətlər törətdiyi də aşkarlandı

Bakıda cibgirliklə məşğul olan şəxsin digər cinayətlər törətdiyi də müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, paytaxt ərazisində sərnişin avtobusları və insanların sıx olduğu yerlərdə çoxsaylı cibgirlik cinayətləri etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Göyçay rayon sakini, əvvəllər 6 dəfə məhkum olunmuş Rövşən İsmayılovun başqa qanunazidd əməlləri də məlum olub.

Ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə R.İsmayılovun paytaxt ərazisində daha 5 nəfərin cibindən mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Rövşən İsmayılov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Bakı şəhər Baş Polis İdarəsinə, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

1news.az

Paylaş:
419

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər