1news.az

Bakıda koronavirusa ən çox yoluxma bu rayonda qeydə alındı

10 Avqust saat 13:34 ~ 1 dəqiqəlik oxu 1840
Bakıda koronavirusa ən çox yoluxma bu rayonda qeydə alındı

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

1news.az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəriciləri Binəqədi, Xətai, Sabunçu və Yasamal rayonlarında qeydə alınıb. Belə ki həmin rayonlar üzrə yoluxma göstəriciləri müvafiq olaraq 14,2, 12,2, 11,9 və 11,8 faiz təşkil edir. Paytaxtın digər rayonlarına gəlincə, yoluxma hallarının 9,2 faizi Nəsimi, 8,3 faizi Nərimanov 8,1 faizi Suraxanı, 7,4 faizi Qaradağ, 7,3 faizi Nizami, 4,8 faizi Xəzər, 4,5 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarının payına düşür.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 56,3 faizi paytaxtda qeydə alınıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net