Bakıda müəllimlər üçün “İlk tibbi yardım” təlimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda müəllimlər üçün “İlk tibbi yardım” təlimi keçirilib

16:19 - 16 / 01 / 2020
Bakıda müəllimlər üçün “İlk tibbi yardım” təlimi keçirilib

Mərkəzi Gömrük Hospitalının “Xeyirxah Platforması” təşkilatı ilə əməkdaşlığı çərçivəsində yanvarın 16-da Bakı şəhərində yerləşən 328 nömrəli orta məktəbin müəllimləri üçün "İlk tibbi yardım" təlimi keçirilib.

1news.az-ın məlumatına görə, “Sağlam gələcəyə zəmanət” devizi altında keçirilən tədbirdə Mərkəzi Gömrük Hospitlalının Təcili Tibbi Yardım şöbəsinin rəisi Dr. Rəna Qasımova, təcili yardım həkimi Racu Nəbiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, “Xeyirxah Platforması” təşkilatının təsisçisi Çingiz Səfərov və 328 nömrəli orta məktəbin müəllimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təcili Tibbi Yardım şöbəsinin rəisi Dr. Rəna Qasımova bildirib ki, müəllimlərin ilk tibbi yardım göstərilməsinə dair əldə edəcəkləri faydalı məlumatlar və praktik biliklər gələcəkdə onlara qarşılaşdıqları hadisələr zamanı zərərçəkənlərə yardımçı olmaqda kömək edəcək. Tədbirdə çıxış edən “Xeyirxah Platforması” təşkilatının təsisçisi Çingiz Səfərov təlimin təşkilində əməyi keçən Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə təşəkkür edib və təlim iştirakçılarına uğurlar arzulayıb.

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin həkimi Racu Nəbiyev ilk tibbi yardım, böyüklərə və uşaqlara ilk tibbi yardımın göstərilməsi üsulları haqqında ətraflı məlumat verib. İnteraktiv keçən təlimin sonunda müəllimlər biliklərini təcrübədə tətbiq edib və Dr. Racu Nəbiyev onların suallarını ətraflı cavablandırıb.

Qeyd edək ki, “Xeyirxah Platforması” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimləri tərəfindən Bakı şəhərində yerləşən 10-a yaxın orta məktəbin müəllimləri üçün "İlk tibbi yardım" təliminin keçirilməsi nəzərdə tutulub.Təlimlərin keçirilməsində məqsəd məktəb müəllimlərinə bədbəxt hadisələr zamanı həkimə qədər necə yardım edilməsini göstərmək, onların bu sahədəki bilik və bacarıqlarını artırmaqdır.

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa, Hospitalın ambulansı tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir. 7/24 saat ərzində əhalinin xidmətində olan Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi ilə 905 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

1news.az

Paylaş:
1072

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər