Bakıda Qida Təhlükəsizliyi Agentliyinin sədr müavininin başçılığı ilə CEO Lunch keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Qida Təhlükəsizliyi Agentliyinin sədr müavininin başçılığı ilə CEO Lunch keçirilib – FOTO

16:45 - 06 / 11 / 2019
Bakıda Qida Təhlükəsizliyi Agentliyinin sədr müavininin başçılığı ilə CEO Lunch keçirilib – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə bu gün CEO Lunch çərçivəsində Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri ilə görüşüb.

Onun sözlərinə görə, Agentliyin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə ölkədə həyata keçirilən köklü islahatların mühüm hissəsini təşkil edir.

1news.az-ın verdiyi xəbərə görə, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə 2018-ci il iyulun 1-dən başlayıb. Agentliyin yaranması prosesində müasir şərtlər və yeni, o cümlədən biznes tərəfindən irəli sürülən təşəbbüslər nəzərə alınıb. Bununla yanaşı, qarşıya dəyər zəncirinin bütün halqalarını əhatə edən və risklərin təhlilinə əsaslanan ərzaq təhlükəsizliyi sisteminin formalaşması üzrə konkret vəzifə qoyulub.

CEO Lunch zamanı R.Rüstəmzadə iştirakçılara Agentliyin fəaliyyəti barədə məlumat verib. O həmçinin qeyd edib ki, qida təhlükəsizliyi sahəsində mərkəzləşdirilmiş idarəçilik mexanizminin tətbiqi resurslara qənaət etməyə, istehlakçıların maraqlarını qorumağa, idxal və ixrac əməliyyatları zamanı sənədlərin rəsmiləşdirilməsini asanlaşdırmağa, həmçinin ölkəyə idxal olunan ərzaqların təhlükəsizliyini təmin etməyə, sahibkar subyektlərində həyata keçirilən yoxlamaların sayını azaltmağa və onların şəffaflığını təmin etməyə imkan yaradacaq. Bundan əlavə, beynəlxalq qida təhlükəsizliyi standartlarının tətbiqi Azərbaycanda istehsal olunan malları inkişaf etmiş ölkələrin bazarlarında rəqabətədavamlı edəcək və beləcə, onların ixrac potensialını artıracaq. Beləcə, Strateji yol xəritəsinin Azərbaycan Respublikasında kənd təsərrüfatı mallarının istehsalı və emalı ilə bağlı müvafiq bəndlərinin icrası təmin olunacaq.

Sonra Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxış edib. O, qida təhlükəsizliyi sahəsinin, demək olar ki, ictimai fəaliyyətin bütün sahələrində aktual olduğunu və iqtisadiyyatın bu sahəsinin stimullaşmaya, eyni zamanda, bu cür işgüzar və dostluq şəraitində çox sayda tədbirlərin təşkilinə ehtiyac duyduğunu bildirib.

Daha sonra Rüstəm Rüstəmzadəyə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un hazırkı və yeni üzv şirkətlərinə də sertifikatlar verilib.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Qazaxıstanda hər ay təşkil olunan CEO Lunch dövlət və özəl sektor arasında dialoqun qurulması üçün aparıcı vasitələrdən biri olmaqla yanaşı, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.

CEO Lunch Baku-nun baş sponsoru “Gazelli Group” MMC-dir. Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa və Çexiyada səlahiyyətli nümayəndələri var.

1news.az

Paylaş:
738

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər