Baş infeksionistdən XƏBƏRDARLIQ: Qaydalara əməl etməsək... | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş infeksionistdən XƏBƏRDARLIQ: Qaydalara əməl etməsək...

17:37 - 04 / 04 / 2020
Baş infeksionistdən XƏBƏRDARLIQ: Qaydalara əməl etməsək...

"Koronavirusla əlaqədar insanlar məsuliyyətsiz davranıb, karantin qaydalarına əməl etməsələr, böyük itkilərin olacağı qaçılmazdır. Virusun yayılmasının qarşısının alınması üçün dövlətin qoyduğu qaydalara əməl etməsək, xəstə sayı artacaq".

1news.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

O, hazırkı şəraitdə qadağalara əməl edilməsinin olduqca mühüm olduğunu vurğulayıb:

"İnsanlar gərək çölə çıxmayıb qadağalara əməl etsinlər. Əks təqdirdə xəstəxanalarda xəstələri yerləşdirmək üçün yer olmayacaq".

C.İsayev əlavə edib ki, virusun yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən lazım olan bütün işlər görülür, çox sərt tədbirlər mexanizmi hazırlanıb:

"Amma koronavirusun hava-damcı yolu ilə yayılması nəzərə alınarsa, qadağalara əməl edilməməsi onun yayılma arealının daha da genişlənməsinə səbəb olacaq".

Baş infeksionist qeyd edib ki, insanların qoruyucu vasitələrdən istifadə etməsi, gigiyena qaydalarına əməl etməsi vacib olsa da, hazırda insanların evdə qalması, küçəyə çıxmaması epidemiyanın qarşısının alınması üçün ən münasib yoldur:

"Axı, biz bilmirik ki, küçədə yanımızdan keçən şəxs virus daşıyıcısıdır, ya yox. Küçədə olarkən nə qədər insan belə xəstələrə görə virusa yoluxa bilər. Buna görə də hazırkı şəraitdə insanlarla təması minimuma endirmək, evdən çıxmamaq lazımdır".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

1news.az

 

Paylaş:
602

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər